Mart 17, 2021 14:19 Asia/Baku
  • Yəmən rəsmisi: “Yəmənin mühasirəsinin ləğvi Səudiyyənin yox, ABŞ-ın əlindədir”

Yəmənin Milli Qurtuluş Hökumətindəki Əsirlərlə İş üzrə Komitənin rəhbəri Əbdülqədir Əl-Mürtəza ölkəsinə qarşı mühasirənin qaldırılması və ya saxlanılması qərarının yalnız ABŞ-ın əlində olduğunu söyləyib.

SəhərAzəri xəbər verir ki, Əl-Məyadin xəbər şəbəkəsinin bildirdiyinə görə, Əbdülqədir Əl-Mürtəza BMT-nin Yəmən üzrə xüsusi nümayndəsi Martin Qriffitsin fəaliyyətini tənqid edib: “Qriffitsin istefa verərək qaçmış eks-prezident Əbdür-Rabbu Mənsur Hadinin rejiminə neft məhsullarının Əl-Hudeyda limanına girməsi üçün icazə istəməsi açıq-aşkar səhvdir. Qriffits bu bəyanatı ilə Yəmən millətinə qarşı mühasirənin əsl günahkarından diqqəti yayındırmaq istəyir”.

Yəmən rəsmisi daha sonra bunları deyib: “Əl-Cabər Ədəndə özünü təmin edə bilmir. Millət mühasirəni ləğv etmək və ya davam etdirmək qərarının yalnız ABŞ-ın (Səudiyyə rejiminin deyil) əlində olduğunu yaxşı bilir”.

Bu yaxınlarda Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam da, diplomatik səylərin mühasirənin ləğv edilməsi və Yəmənə qarşı təcavüzə son qoyulması ilə başlayacağını söyləmişdi.

Teqlər