Apr 08, 2021 14:37 Asia/Baku
  •  Suriya İsrail rejiminin Dəməşqə qarşı raket hücumunu dəf etdi

Suriyanın rəsmi xəbər agentliyi Dəməşqin cənub səmalarında baş verən bir neçə partlayışa istinad edərək, Suriyanın hava hücumundan müdafiə sistemlərinin işğal altındakı Qolan yüksəklikləri və Livandan sionistlərin hücumlarına qarşı aktivləşdiyini bildirib.

SəhərAzəri xəbər verir ki,Suriya Xəbər Agentliyi (SANA) Dəməşqin cənub səmalarında baş verən bir neçə partlayışa istinad edərək, belə qeyd edib: “Hava hücumundan müdafiə sistemlərimiz Dəməşqə qarşı hava hücumunu dəf etmək üçün işə düşüb.

 Suriyanın hava müdafiəsi İsrail rejiminin cənub bölgəsinə (Dəməşq) işğal altındakı Qolan yüksəklikləri və Livan üzərindən edilən hücuma qarşı çıxdı.

 Hava hücumundan müdafiə sistemlərimiz hələ də İsrail rejiminin ordusunun hücumlarına cavab verir və bir sıra raketlərini vurub”.

 Əl-Mənar televiziyasının məlumatında isə bunlar qeyd edilib: “Suriyanın hava hücumundan müdafiə raketi ölkənin hava məkanında İsrail rejiminin bir qırıcısını qovdu və Livanın cənubunda partlayış səsi eşidildi.

 Sionist rejimin Yedioth Ahronoth qəzetinin saytında bunlar qeyd edilib: “İsrailin (sionist rejimin işğal etdiyi Fələstin ərazilərinin) şimal səmalarında zenit raketlərinin partlaması barədə məlumatlar var”.

 SANA-nın daha sonra verdiyi xəbərində İsrail rejiminin Dəməşq ətrafına hücum etməsindən sonra dörd suriyalı əsgərin yaralandığı və bəzi maddi ziyan dəydiyi qeyd edilib.

 Sionist rejimin döyüş təyyarələri sonuncu dəfə təxminən iyirmi gün əvvəl işğal altındakı Qolandan Dəməşq mühafizəsindəki hədəflərə raket zərbələri endirmişdilər.

 

 

Teqlər