Apr 15, 2021 13:12 Asia/Baku

Yəmən ordusunun PUA və ballistik raket əməliyyatı nəticəsində Səudiyyə rejiminin Əl-Cübail şəhərindəki “Aramco” neft şirkətinin böyük dağıntıları və yanğına dair yeni görüntüləri yayılıb.

SəhərAzəri xəbər verir ki, Yeni görüntülər “Aramco” neft şirkətində baş verən yanğının Səudiyyə rejiminin iddia etdiyi kimi, elektrik şöbəsindəki qısaqapanmadan qaynaqlanmadığını göstərir.

 Qeyd edək ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii avqustun 12-si 17 PUA və iki ballistik raketlə Səudiyyə rejiminin ərazilərinin dərinliklərində genişmiqyaslı əməliyyat keçirildiyini elan edərək, belə demişdi: “Səudiyyə rejiminin ərazilərinin dərinliklərindəki 30 Şəban əməliyyatı təcavüzün artmasına və Yəmənə qarşı amansız blokadaya cavab olaraq 17 PUA və iki ballistik raketlə həyata keçirildi. Bu əməliyyatda 10 “Səməd 3” PUA-sı ilə Ciddə və Əl-Cübaildə Aramco neftayırma zavodları hədəfə alındı”.deyerler.org

 

Teqlər