Apr 15, 2021 19:32 Asia/Baku

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün (15 aprel) səhər Səudiyyə rejimində həssas bölgələrə qarşı genişmiqyaslı raket və PUA əməliyyatı keçirildiyini elan edib.

SəhərAzəri  Deyerler.org-a istinadla  xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Yəmən ordusunun Raket və PUA Birliyi Cizanda Aramko neft şirkəti, Patriot platformaları və hərbi nöqtələri hədəfə alan 11 raket və PUA ilə birgə əməliyyat keçirdi.

 Aramko və digər hədəflər Sair və Bədr tipli 7 raketlə hədəfə alındı. Hədəflər dəqiq vuruldu, nəticədə böyük yanğınlar baş verdi.

 Patriot platformaları və hərbi bazalar Səməd-3 və Qasıf-2K tipli 4 PUA ilə vuruldu. Bu əməliyyat artan təcavüzə, mühasirənin davamına və dünən Saadaya edilən hücuma cavab olaraq edildi.

 Səudiyyə rejimi ölkəmizə hücum etməyə və mühasirədə saxlamağa davam edərsə, onlara daha böyük əməliyyatlar vəd edirik”.

 Dünən axşam Yəmən mənbələri Səudiyyə rejimi qüvvələrinin Saada vilayətinə təşkil etdiyi hücumda iki uşağın həlak olduğunu, iki qadın olmaqla dörd nəfərin yaralandığını bildimişdi.

 Bu arada, sosial şəbəkədə Cizana edilən hücumun görüntüləri paylaşılıb.

 

Teqlər