Apr 20, 2021 18:55 Asia/Baku
  • Yəmən: “Növbəti əməliyyat Şəhid Əl-Səməd adına olacaq”

Yəmənin Ali Siyasi Şurası sədrinin şəhadətinin üçüncü ildönümündə Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin koalisiyasına qarşı gələcək əməliyyatın şəhid Saleh Əl-Səmədin adına keçiriləcəyini bildirib.

SəhərAzəri: Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii 19 aprel 2018-ci il tarixində Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi hava hücumu zamanı şəhid olan Ali Siyasi Şuranın sədri Saleh Əl-Səmədin şəhadətinin üçüncü ildönümü münasibətilə Əl-Məsirəyə verdiyi müsahibədə bunları deyib: “Gələcək əməliyyatlar şəhid Saleh Əl-Səmədin adına Yəməni işğal edən koalisiyaya qarşı həyata keçiriləcək.

 Yəmən silahlı qüvvələri bu əməliyyata hazırlaşır və əmrin yerinə yetirilməsi üçün uyğun vaxtı və yeri göstərməsini gözləyir. Şəhid Əl-Səmədin qanı yerdə qalmayacaq və aradan getməyəcək”.

 Sərii bu fikirləri Ali Siyasi Şura, Müdafiə Nazirliyi və Baş Qərargah Rəhbərliyi rəsmilərinin Şəhid Əl-Səməd ziyarətgahına rəsmi səfəri zamanı söyləyib.

 Dünən, Yəmənin Ali Siyasi Şurası sədrinin şəhadətinin üçüncü ildönümündə Səna, Dhamar, Saada, Əl-Hudeyda, Həccah və Taiz vilayətlərində şəhid Əl-Səmədin anım mərasimləri keçirilib.

 

Teqlər