İyun 10, 2021 13:58 Asia/Baku
  • Sionist rejim hərbçiləri bir fələstinli səhiyyə mərkəzinə basqın edərək, onu uzun müddətə bağlayıblar

Sionist rejim hərbçiləri bir fələstinli səhiyyə mərkəzinə basqın edərək, onu uzun müddətə bağlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçilərinin bu hərəkəti Beynəlxalq Amnistiya Təşkilatının kəskin reaksiyasına səbəb olub.

Fələstinli mənbələr dünən axşamçağı xəbər veriblər ki, sionist rejim ordusu Ramullah şəhərində yerləşən «Səhiyyə fəaliyyətləri komitələri» adlı səhiyyə mərkəzinə basqından, həmçinin bu mərkəzdə mövcud olan vəsaitləri dağıtdıqdan sonra onun bağlanması haqda göstəriş verib.

Sionist rejim ordusu bu mərkəzin qapısını iri metal səfhələrlə bağladıqdan sonra mərkəzin altı ay müddətinə bağlı qalması barədə göstəriş veribdir.

Bu səhiyyə mərkəzi sonra bildiribdir ki, sionist rejim hərbçiləri mərkəzdə mövcud olan vəsaitləri dağıdıb və kompüterləri müsadirə ediblər.

Qeyd olunan mərkəz öz bəyanatında əsas binaya giriş barədə işçilərə xəbərdarlıq edildiyini bildirib və qeyd edib ki, sionist rejim ordusu bu səhiyyə mərkəzinin bağlanması qərarını «təhlükəsizlik zərurətləri» adlandırdığı məsələ ilə əsaslandırıb.

Teqlər