İyun 11, 2021 13:44 Asia/Baku
  • Amerikalı terrorçular Suriyanın buğdasını oğurlamağı davam etdirirlər

Amerikalı terrorçu hərbçilər bir daha Suriyanın şimal-şərqində yerləşən Həsəkəh vilayətinin ətrafından bu ölkənin on minlərlə ton buğdasını oğurlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, qəsbkar amerikan qüvvələr Həsəkəh vilayətinin ətrafında yaşayan suriyalıların buğdasını iyirmi ədəd yük maşınına yükləyərək, qanunsuz «Əlvəlid» keçidi vasitəsilə İraqın şimalına köçürüblər.

Amerika hərbçiləri və onların tabeliyində olan terrorçu ünsürlər uzun müddətdir, qanunsuz surətdə Suriyanın şimalı və şərqində iştirak edirlər. Onlar bu ölkənin neft mənbələri və buğdasını qarət etməkdən əlavə, bu rayonlarda yerləşən sakinlərə və suriyalı qüvvələrə qarşı hərəkətlər də edirlər.

Suriya başçıları dəfələrlə vurğulayıblar ki, Amerikanın Suriyadakı hərəkətləri işğal mənasındadır.

Amerika Suriyadakı terror qruplarının əsas himayədarlarındandır.

Teqlər