İyul 11, 2021 18:16 Asia/Baku
  • Mahmud Abbasın sionist rejimlə müzakirələrə qayıdış üzrə 14 şərti

Bəzi sionist mənbələr Fələstin muxtariyyəti başçısının sionist rejimlə saziş müzakirələrinə qayıdış üzrə on dörd şərtdən ibarət siyahısından xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin 12-ci telekanalı bu gün xəbər veribdir ki, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas bu həftə bu rejimlə müzakirələrin bərpası üzrə şərtlərinin siyahısını ABŞ prezidenti Co Baydenin hökumətinə təqdim edəcək.

Sionist rejimin 12-ci telekanalının iddiasına görə, bu siyahıdakı on dörd şərtin hamısı qərb sahili ilə əlaqədardır və onda Qəzzə zolağına toxunulmayıbdır.

Qüdsün və 2001-ci ildən Şərqi Qüdsdə bağlanmış fələstinli təşkilatların yenidən açılmaları, Məsciduləqsadakı keçmiş vəziyyətə qayıdış, fələstinlilərin Qüdsdəki mənzillərindən köçürülmələrinin dayandırılması, Fələstin əsirlərindən bir qrupunun azad edilməsi, qəsəbəsalmanın genişləndirilməsinin, o sıradan Qüdsdəki tikintilərin dayandırılması və Fələstin ərazilərindəki bütün qanunsuz sionist qəsəbələrin boşaldılması,

Mahmud Abbasın sionist rejimlə müzakirələrin bərpası üzrə şərtlərindəndir.

Teqlər