İyul 17, 2021 17:49 Asia/Baku
  • Həmas Qüdsdəki fələstinli gəncləri hazır olmağa çağırıb

Sionist qəsəbə sakinlərinin Əl-Əqsa məscidinə hücum çağırışından sonra Fələstinin İslami Müqavimət Hərəkatı Həmas Qüds gənclərini bu gün, şənbə günü onlarla qarşılaşmaq üçün hazır vəziyyətdə olmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Qüds Press" xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, Həmas bir bəyanat yayaraq, İordan çayının qərb sahilində və işğal olunmuş ərazilərdə yaşayan fələstinliləri, Fələstində "Ərəfə" gününə təsadüf edən bu həftənin bazar ertəsi günü Əl-Əqsa məscidinə getməyə çağırıb.

Həmas Hərəkatı bu bəyanatda Qəzzə zolağındakı fələstinliləri və müqavimət qəhrəmanlarını barmaqlarını tətik üzərində saxlamağa çağırıb ki, işğalçı rejim, müqavimət qüvvələrinin Əl-Əqsa məscidinin qalxanı və Qüdsün qınından çıxmış qılıncı olduğunu başa düşsün.

Fələstin hərəkatı sionist rejimi müqavimətin səbrini və dözümlülüyünü sınamaqdan çəkinməyə çağırıb.

"İsraildə hakimiyyət hərəkatı" adlı bir sionist təşkilat qəsəbə sakinlərini Qüds şəhərinin qədim hissəsindəki divarlar ətrafında aksiya keçirməyə çağırıb.

Teqlər