Noy 18, 2021 14:25 Asia/Baku
  • Fələstin
    Fələstin

Fələstin muxtariyyəti Türkiyənin öz vətəndaşları üçün Beytülmuqəddsə ziyarət səfərləri təşkil etmək üzrə qərarına görə Ankaraya təşəkkür edib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin muxtariyyətinin dini məsələlər və islami əlaqələr müşaviri və Fələstinin baş hakimi Mahmud Əlhəbbaş dünən gecə deyib ki, müsəlman və xristianların Qüdsə səfəri və oradakı müqəddəs məkanları ziyarət etmələri Qüdsün fələstinli mahiyyətinə, həmçinin Qüdsdəki Fələstin vətəndaşlarına, eləcə də Fələstinə maddi, mənəvi və siyasi dəstəkdir.

Əlhəbbaş ərəb və müsəlman ölkələrdən istəyibdir ki, Qüdsə turist səfərlərinin təşkil edilməsində Türkiyənin qərarına oxşar qərarlar çıxarsınlar.

Fələstinin baş hakimi sonra belə söyləyib: Bu addım, Qüdsün Fələstinin əbədi paytaxtı kimi rəsmən tanınmasına bir dəstəkdir. Xüsusən ona görə ki, sionist rejim onun ərəb və islami mahiyyətini aradan götürmək üzrə öz cinayətlərini artırıbdır.

Fələstinin baş hakimi ötən həftə Ankarada Türkiyə dini məsələlər təşkilatının sədri Əli Ərbaşla görüşüb, onunla Qüdsü himayə, onun islami mahiyyətinin qorunması, həmçinin sionist rejimlə sionist qəsəbə sakinlərinin təcavüzlərilə mübarizə yolları barədə söhbət etmişdi.

Əlhəbbaş deyib ki, həmin görüşdə əldə olunan razılaşmalardan biri də Türkiyə müsəlmanlarının Qüdsə və Məscidüləqsaya olan fərdi və qrup halında səfərlərinin artırılması olubdur.

Belə bir halda, Türkiyə dini məsələlər təşkilatının sədri Əli Ərbaş bildiribdir ki, 2022-ci ildə Qüdsə 37 səyahət turunun təşkil olunması qərara alınıb və müəyyən şəxslər də mütəxəssis və istiqamətləndiricilər kimi səfər boyu Beytülmüqəddəs zəvvarlarını məlumatlandıracaqlar.

 

Teqlər