Noy 18, 2021 15:00 Asia/Baku
  • Fələstin İslami Cihad Hərəkatı
    Fələstin İslami Cihad Hərəkatı

Fələstin İslami Cihad Hərəkatı Qüds şəhadət əməliyyatını sionist işğalçıların Fələstin xalqına qarşı ardıcıl cinayətlərinə təbii cavab adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq İzzəddin bu gün Qərb sahilində yaydığı bir bəyanatda bildiribdir ki, fələstinli şəhid yeniyetmənin qanı Qüdsün azadlığı üzrə mübarizlərin yolunu işıqlandıran bir məşəl olacaq, işğalçıların ürəklərinə qorxu və dəhşət hisslərini salacaq və onların ayaqları altındakı yerləri yandıracaqdır.

İzzəddin sonra belə söyləyib: Sionist hərbçilərin və qəsbkar sionist qəsəbə sakinlərinin Qüdsdə və qərb sahilindəki cinayət və təcavüzləri Fələstin xalqını mümkün olan bütün vasitələr və həll yolları ilə müqaviməti davam etdirməkdən əsla çəkindirməyəcək.

Fələstin İslami Cihad Hərəkatının sözçüsü sonra belə vurğulayıb: Fələstin həmişə, işğalçıları bütün Fələstindən qovmaq, qəti qələbə və azadlıq yolunda mübarizə aparacaq fədakar insanların doğum məkanı olacaq.

On altı yaşlı yeniyetmə Ömər İbrahim Əbu-Əsəb dünən işğal olunmuş Qüdsdə keçirdiyi bir müqavimət əməliyyatında soyuq silahla iki sionist hərbçiyə hücum edib və onları yaralayıbdır. Bu fələstinli yeniyetmə sonda qəsbkar hərbçilərin atəşi ilə şəhid olubdur.

 

Teqlər