Noy 19, 2021 11:57 Asia/Baku
  • Nyukasl
    Nyukasl

Ali-Səudun öz çirkin simasını təmizləməsi istiqamətində «Nyukasl» futbol klubunun kod adı hər gün dalana dirənməyə yaxınlaşır.

SəhərAzəri-nin məlumatına əsasən, «Nyukasl» futbol klubu ötən iki aydan bəri futbolu öz təmiz adından uzaqlaşdıran və bu qədim kluba qarşı çox sayda hücumlara bais olan bir kod adına çevrilibdir.

Bu hücumlara səbəb, onun mülkiyyətinin Ali-Səud rejiminə, konkret olaraq isə Ərəbistan vəliəhdi Məhəmməd bin Salmana ötürülməsidir.

«Nyukasl» planı Bin Salman üçün bir kod adıdır və beynəlxalq dairələrdə onun eybəcər simasını təmizə çıxarmaq vəzifəsi daşıyır. Amma belə görünür ki, mütəkəbbir və təcavüzkar səud şahzadəsinin bir neçə yüz milyon dollarlıq xərci bir nəticə verməyibdir.

Başda Məhəmməd bin Salmanın durduğu səudiyyə investisiya şirkəti tərəfindən İngiltərənin «Nyukasl» futbol klubunun mülkiyyətinin alınmasından iki aydan çox bir zamanın keçməsinə rəğmən, bu klub hələ öz əsas vəzifəsini yerinə yetirə bilməyibdir.