Noy 25, 2021 14:20 Asia/Baku
  • Ziyad Əlnəxaləh
    Ziyad Əlnəxaləh

İslami Cihad Hərəkatının baş katibi vurğulayıb ki, İran Fələstin amalının müdafiəçisidir və İranın bu mövqeyi əsla dəyişməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Ziyad Əlnəxaləh dünən gecə Əlməyadin telekanalı ilə müsahibədə vurğulayıb ki, İranın Fələstin amalını müdafiə etməsi və onun sionist rejimlə düşmənçiliyi heç vaxt dəyişməyəcək. O, deyib ki, məzlum Yəmən xalqı da Fələstini və müqaviməti müdafiə edir.

Əlnəxaləh bildirib ki, müqavimət «Qüds qılıncı» döyüşündən sonra öz hərbi qüdrətini bərpa edib və ardıcıl yerli silah istehsalı ilə öz cəbbəxanasını gücləndirib və vurğulayır ki, müqavimət Qəzzə zolağının daxilində PUA-lar istehsal edəcək.

İslami Cihad Hərəkatının baş katibi sionist rejimin/ müqavimətin/ bu rejimin əhd pozmaları və təcavüzlərinə qarşı yeni cavabından qorxması haqda belə söyləyib: Sionist rejim Qəzzəni bomba saatı hesab edir və bu səbəbdən, Qəzzəyə ticarət mallarının girişini asanlaşdırmaq vədi ilə bu bombanı zərərsizləşdirməyə çalışır.

Əlnəxaləh vurğulayıb ki, müqavimət davam edir və Qəzzə kimi bir məkanla məhdudlaşmır və ya konkret zamanla əlaqəsi yoxdur. O, bildirib ki, müqavimət «Seyf-ül-Qüds» döyüşündən sonra öz hərbi qüdrətini bərpa edib və silah qüdrətini diqqətəlayiq dərəcədə gücləndiribdir.

İslami Cihad Hərəkatının baş katibi Cenin düşərgəsində və qərb sahilinin digər bölgələrindəki mübariz qüvvələri öz borclarını yerinə yetirməyə və müqaviməti davam etdirməyə çağırıb və bildirib ki, sionist rejim Fələstin xalqını təslim etmək, həmçinin Qüds və qərb sahilini öz hökmranlığı altına almaq istəyir.

Sionist rejimin Qəzzədə və qərb sahilində fələstinlilərə qarşı mayın onundan mayın 21-dək davam edən müharibəsi- «Qüds qılıncı» döyüşü, sionist rejim ordusunun Fələstin müqavimət qüvvələrilə mübarizədəki acizliyinə görə, bəzi xarici oyunçuların vasitəçiliyi ilə və bu rejimin nazirlər kabinetinin atəşkəs istəməsinin ardınca başa çatdı.

 

Teqlər