Dek 26, 2021 12:39 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Fələstin Qırmızı Aypara Cəmiyyəti sionist hərbçilərin qərb sahilində yerləşən Nablus şəhərinin şimal-qərbindəki Bərqə qəsəbəsində fələstinli aksiyaçılara qarşı basqını zamanı azı qırx fələstinlinin yaralanmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyəti bu gün səhər bildirib ki, sionist hərbçilər hərbi və rezin güllələr atmaq, eləcə də gözyaşardıcı qaz buraxmaqla fələstinlilərə divan tutublar.

Cəmiyyətin verdiyi məlumata görə, sionist hərbçilərin hərbi güllələri ilə beş, rezin güllələri isə otuz beş fələstinli yaralanıb. 95 fələstinli də gözyşardıcı qazla tənəffüs nəticəsində boğuntu halına düşüb.

Bərqə qəsəbəsi cümə günündən bəri fələstinlilərin işğalçı sionist rejimin qanunsuz qəsəbəsalmaları və qəsbkarlıqlarına qarşı aksiyalarının şahididir.

Sionist rejim dünya ictimaiyyətinin sionistsakinli qəsəbəsalmaların dayandırılmasına dair tələbinə məhəl qoymamağa davam edir.

Bütün bu qəsəbələr beynəlxalq qanunlara əsasən, qeyri-qanunidirlər.

BMT Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də qəbul etdiyi 2334 saylı qətnamədə sionist rejimdən işğal olunmuş Fələstin ərazilərindəki sionistsakinli qəsəbəsalmalarını dərhal və tam şəkildə dayandırmasını tələb etdi.

Sionist rejim sionistsakinli qəsəbələr salmaqla Fələstin bölgələrindəki hökmranlığını təsbit etmək istiqamətində bu bölgələrin coğrafi strukturlarını dəyişdirmək və onlara sionist görkəm vermək niyyətindədir.

 

Teqlər