Dek 30, 2021 19:05 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Qərb sahilində yerləşən Cenin şəhərində fələstinlilərin mənzillərinə basqın edən sionist hərbçilər bir qrup yüksək dərəcəli müqavimət üzvünü həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri bu gün səhər azadə əsirlər- yetmiş yaşlı Ziyad Yasin Cəradatın və onun oğlanları- 42 yaşlı Tariq ilə 37 yaşlı Məhəmmədin mənzillərinə basqın və onları həbs ediblər.

Qəsbkar qüvvələr Cenində İslami Cihad Hərəkatının azadə məsullarından bir qrupunun, o sıradan Ərabə qəsəbəsində «Nəfq-əl-Huriyyət» əməliyyatının qəhrəmanlarından olan Məhəmməd Qasım əl-Arizə, Məhəmməd və Mahmud Şeybani, Cəfər İzzəddin, Xizr Ədnan və Şeyx Tariq Qəədanın mənzillərinə basqın ediblər.

Sionist hərbçilər həmçinin qərb sahilində yerləşən müxtəlif şəhərlərə basqınla 25-dən çox fələstinlini, o cümlədən əksər hissəsi işğal olunmuş Qüdsün şimal-şərqində yerləşən Həzma qəsəbəsindən olan bir qrup azadə əsiri həbs ediblər.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün müxtəlif Fələstin rayonlarına hücum edir, fələstinliləri şəhid edir, yaralayır və ya həbs edib, zindana atırlar.

 

Teqlər