Yan 10, 2022 13:22 Asia/Baku
  • İslam Peyğəmbərinin (s) hərəmi
    İslam Peyğəmbərinin (s) hərəmi

Səudiyyə rəsmiləri qadınların Həzrət Peyğəmbərin (s) hərəminə getməsinə qadağa qoyub və o, həzrətin mütəhhər hərəminə daxil olma icazəsi hər 30 gündə bir dəfə olmaqla yalnız kişilərə verilir.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib ki,  qadınlar "Etəmərna" proqramı vasitəsilə Həzrəti Məhəmmədin (s) müqəddəs hərəmini ziyarət etmək üçün icazə ala bilməzlər, çünki bu müqəddəs hərəmi ziyarət etmək yalnız kişilərə məxsusdur. 

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi, həmçinin qeyd edib ki, peyğəmbər məscidində heç bir vacib namaz qılınmayacaq, lakin kişilər hər 30 gündə bir dəfə namaz vaxtları və ziyarət üçün "Etəmərna" proqramına müraciət edə, iştirak üçün icazə ala bilərlər.