Yan 12, 2022 12:37 Asia/Baku
  • Müqtəda Əl-Sədr
    Müqtəda Əl-Sədr

İraqın Sədr hərəkatının lidedri milli çoxluq hökümətinin formalaşdırılması ilə bağlı mövqeyini bir daha vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Müqtəda Əl-Sədr çərşənbə axşamı özünün Tvitter səhifəsində yazıb: "Kabinetin formalaşdırılması ilə bağlı Şiə Koordinasiya Şurasi ilə hələlik razılıq əldə olunmayıb".

Sədr bu tvitdə əlavə edib: "Milli çoxluq hökümətinin formalaşdırılması üçün onların barəsində yaxşı fikirdə olduğumuz kəslər üçün qapılar hələ də açıqdır".

Sədr hərəkatının lideri, bu hərəkatın heç kimə tərəfdaşları və ya daxili sülhü təhdid etməyə icazə verməyəcəyini qeyd edərək, əlavə edib: "Növbəti hökumət qanun hökuməti olacaq, bu hökumətdə heç kim tərəfindən qanun pozuntusuna yer yoxdur və qanun hakim olacaq".  

 

Teqlər