Yan 14, 2022 12:34 Asia/Baku
  • Qeys Əlxəzəli
    Qeys Əlxəzəli

İraqda «Əsaib Əhlülhəqq» hərəkatının baş katibi vurğulayıb ki, bu zamanda və elə həmin köhnə üsulla yaşıl rayona hücum müqavimət qüvvələri tərəfindən həyata keçirilməyib və onlar ABŞ səfirliyini hədəfə almayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Qeys Əlxəzəli Amerikanın Bağdaddakı səfirliyinə qarşı raket hücumuna reaksiyada deyib ki, bu hücumda məqsəd, vəziyyəti qarışdırmaqdır.

Əlxəzəli bunları öz tvitter səhifəsində yazıb.

Bununla bağlı, İraqda Sədr cərəyanının rəhbəri Muqtəda Əlsədr də deyibdir ki, bəzi «müqavimət iddiaçıları» Amerika səfirliyini hədəfə alıblar və bu hücumda mülkilər yaralanıblar.

«İraq xalqı bu hərəkətlərə aldanmamalıdır»- deyən Əlsədr belə qeyd edib: Onlar bu işi görürlər ki, ABŞ qüvvələrinin İraqdan çıxmalarını təxirə salmış və silahdan istifadə etmək üçün bəhanəyə malik olmuş olsunlar.

Bu şəxslərin mövcudluğunun qəsbkar Amerikanın iştirakına bağlı olduğunu dilə gətirən Əlsədr deyib: Xalqı və hökuməti təhlükə qarşısında qoyan zorakılıq susdurulmalıdır.

 

Teqlər