May 13, 2022 23:34 Asia/Baku
  • Xəlifə bin Zaid
    Xəlifə bin Zaid

Əmirliklərin rəsmi informasiya agentliyi bu gün bildirib ki, bu ölkənin başçısı Xəlifə bin Zaid Ali-Nəhyan ölübdür.

SəhərAzəri-nin məlumatına əsasən, Bu məlumata görə, əmirliklərin rəyasət işləri nazirliyi ölkədə qırx gün ümumi matəm elan edib və xəbər veribdir ki, həmin müddətdə əmirliklərin bayrağı yarıdalğalanan vəziyyətə gətiriləcək. Ölkənin dövlət və özəl sektorunun idarə və təşkilatları üç gün tətil olacaq.

Xəlifə bin Zaid, əmirliklər dövlətinin qurucusu- Zaid bin Sultan Ali-Nəhyanın ən böyük övladı və onun vəliəhdi idi. O, atasının ölümündən sonra Əbu-Dəbinin hökmranı oldu. Əmirliklər ittifaqının ali şurası üç noyabr 2004-cü il tarixində onu əmirliklərin başçısı seçdi.

İran İslam Respublikasının xarici işlər naziri bir mesajda əmirliklər dövləti başçısının vəfatı münasibətilə başsağlığı verib.

 

Teqlər