Suriya ordusu İŞİD-in təlim düşərgəsini məhv elədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199193-suriya_ordusu_İŞİd_in_təlim_düşərgəsini_məhv_elədi
Suriya ordusu İŞİD-in təlim düşərgəsini məhv elədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2015 14:57 Asia/Baku
  • Suriya ordusu İŞİD-in təlim düşərgəsini məhv elədi
    Suriya ordusu İŞİD-in təlim düşərgəsini məhv elədi

Suriya ordusu İŞİD-in təlim düşərgəsini məhv elədi.

Strateji əhəmiyyətli Ğəmam bölgəsi Suriya ordusunun əməliyyatı nəticəsində geri alınıb.
"Sputniknews" xəbər verir ki, dünən Suriya ordusu keçirdiyi əməliyyat nəticəsində üç ildir, "Ənnüsrə Cəbhəsi"nin nəzarətində olan Laziqiyyənin yaxınlığındakı strateji əhəmiyyətli Ğəmam bölgəsini bir neçə saat ərzində azad edib.
Dəyr əz-zur-da Suriya və Rusiya Hərbi Kosmik Qüvvələrinin həyata keçirdikləri bombardmanda isə İŞİD-in təlim düşərgəsi yox edilib. Əməliyyatda aralarında çeçen, mərakeşli, liviyalı, səudiyyəli və iraqlıların olduqları çoxlu sayda İŞİD terrorçusu öldürülüb. Bundan başqa Suriya ordusu ilə İŞİD arasında Hələb və Humsda şiddətli toqquşmaların baş verdiyi də qeyd olunur.