Milyonlarla zəvvar Kərbəla yolunda
Noy 30, 2015 08:49 Asia/Baku
İmam Hüseyn(ə) ərbəinində iştirak üçün müxtəlif ölkələrdən İraqa milyonlarla zəvvarın yola düşməsi dünyanın ən böyük dini mərasiminin keçirilməsi üçün xas maraq və şövqə səbəb olubdur.
Kərbəlaya gedən yollar İmam Hüseyn(ə) vurğunları olan zəvvarlarla doludur. Bəzi zəvvarlar və karvanlar piyada şəkildə Nəcəf-Kərbəla yolunu gedirlər.Çərşənbə, dekabrın ikisi, İmam Hüseyn(ə) ərbəini günüdür. Dünyanın hər yerindən İmam Hüseyn(ə) vurğunları Kərbəlaya doğru axışıblar ki, tarixin ən böyük mərsiminə şərik olsunlar.
Məlumatlara əsasən, Kərbələya iri sayda zəvvarın yol düşməsi səbəb olub ki, Nəcəf-Kərbəla yolunun hər iki tərəfi Əhli-Beyt(ə) vurğunları və zəvvarları ilə dolu olmuş olsun. Hazırda zəvvarların hərəkəti yavaş sürətlə həyata keçir.
İran, Azərbaycan Respublikası, Hindistan və Pakistandan olan zəvvarlar bu yolun müxtəlif yerlərində və yollarda matəm mərasimləri keçirirlər. İndiyədək milyon yarımdan çox iranlı zəvvar İraqa daxil olub.
İraqın Daxili İşlər Nazriliyi də zəvvarların təhlükəsizliyinin bərqərarı üçün xüsusi tədbirlər görübdür.
Kərbəla valisinin müavini deyir ki, milyonlarla zəvvarın müqəddəs Kərbəla şəhərinə daxil olması ilə təhlükəsizlik qüvvələri tam hazır vəziyyətdədirlər və bütün təhlükəsizlik və xalq səfərbər qüvvələri yerli dövlətlə tam şəkildə ahəngdar şəkildə əməl edirlər.
Səfər ayının iyirmisində dünyanın hər yerindən milyonlarla nəfərin Kərbəlada iştirakı səbəb olub ki, İran və İraq Ərbəin yürüşü mərasiminin mənəvi-islami bir irs kimi YUNESKO(UNESCO)-da qeydə alınması üçün addım atmış olsunlar.