Suriyanın mərkəzində terror partlayışı
-
Suriyanın mərkəzində terror partlayışı
Suriyanın mərkəzində baş vermiş terror partlayışında 15 mülki həlak olub.
Livanın Əlnəşrə internet portalının məlumatına görə, Hums şəhərinin Əl-Zəhra məhəlləsindəki Əl-Əhli xəstəxanası qarşısında bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində on beş suriyalı ölüb, yüzdən çox insan da yaralanıbdır.
Hums şəhərinin icra başçısı bu terror partlayışına reaksiyada vurğulayıb ki, bu terror partlayışları terrorizmlə mübarizə sahəsində Suriya xalqının əzmkarlığına xələl gətirə bilməz.
Digər tərəfdən, Suriya ordusunun Cəyşulfəth terror qrupunun ünsürlərinə qarşı əməliyyatında iyirmi terrorçu məhv edilib.
Bir suriyalı hərbi rəsmi də bildiirb ki, Suriya ordusunun qüvvələri bu ölkənin qərbindəki Laziqiyyə vilayətinin şimal ətrafındakı məntəqələrə nəzarəti ələ alıblar.