Yan 05, 2016 12:13 Asia/Baku
  • Səudiyyə Ərəbistanında insan haqlarının pozulması tənqid atəşinə tutulur
    Səudiyyə Ərəbistanında insan haqlarının pozulması tənqid atəşinə tutulur

Ərəbistanın tanınmış ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin edam olunması Ər-Riyad tərəfindən insan haqlarının geniş şəkildə pozulması barədə tənqidlərin sərtləşməsi ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu istiqamətdə Almaniya kanslerinin müavini Ziqmar Qabriel bazar ertəsi günü Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, əgər kütləvi edamlar prosesini davam etdirərsə, Almaniya bu ölkəyə silah satışını yenidən nəzərdən keçirəcəkdir.

Qabriel əlavə edib: Ərəbistanın davranışı Almaniyanın bu ölkəyə tank və G-36 pulemyotlarını satmaqdan çəkinməklə bağlı qərarının düzgün olduğunu əks etdirir.

Yaxın Şərq İnsan Haqları Gözətçisi Təşkilatının direktoru Sara Vitsnon da bu barədə bildirib: Kütləvi edamlar Ərəbistanın insan haqları işini ləkələyibdir.

Səudiyyə Ərəbistanı BMT İnsan Haqları Şurasında diqqəti cəlb edəcək nüfuza malikdir və ABŞ və İngiltərə kimi qüdrətlər onu dəstəkləyirlər.

Bu məlumata əsasən, sentyabr ayının sonlarında Ərəbistanın təzyiqləri səbəb oldu ki, Yəmən müharibəsində insan haqlarının pozulması barədə beynəlxalq araşdırmanın aparılması məqsədilə İnsan Haqları Şurasının ilkin qətnaməsi kənara qoyulsun.

Amerikanın Hoffington Post qəzeti də Şarlot Alfredin qələmə aldığı məqalədə bildirir: Bir gündə 47 nəfəri edam edən Ərəbistanın BMT İnsan Haqları Şurasında yeri vardır və ABŞ və İngiltərə kimi müttəfiqlərin dəstəyinə malikdir.

Hoffington Post yazır: 47 məhbus, o cümlədən Şeyx Nimrin edam olunmasından sonra dünyanın müxtəlif ölkələri, hətta Ərəbistanın özündə etirazlar oldu. İran, Livan və İraqda şiə rəhbərlər bu ruhaninin edamı barəsində xəbərdarlıq etmişdilər.

Avropa rəsmiləri kütləvi edamları tənqid edərək xəbərdarlıq ediblər ki, Şeyx Nimrin edamı regionda etnik qarşıdurmaların alovlanması təhlükəsini artırır.

Həmçinin İngiltərənin Yaşıllar və Liberal Demokrat partiyalarının rəhbərləri də bazar ertəsi günü bu ölkə baş nazirindən Ərəbistanın BMT İnsan Haqları Şurasına üzvlüyünün lehinə nə üçün səs verdiyinə aydınlıq gətirməsini istəyiblər.

Liberal Demokrat partiyasının lideri Tim Farun deyib: Artıq zamanı çatıb ki, David Kameron öz mövqeyini aydınlaşdırsın və bildirsin ki, Ərəbistan hökumətini dəstəkləməsinin səbəbi nə olmuşdur.

İngiltərə Yaşıllar partiyasının sədri Natali Bent deyib: Ərəbistanın BMT İnsan Haqları Şurasındakı rolu bir sıra yeni sualları ortaya qoydu. Xüsusilə də bu ölkənin 47 nəfəri edam etməsindən sonra.

İngiltərə İstiqlal partiyasının sədri Naycl Faraj da Ərəbistanda 47 nəfərin edalm olunmasının ardınca, rəsmi Londonu Ər-Riyadla əlaqələrə yenidən baxmağa çağırıb.

Beynəlxalq ictimaiyyətin irimiqyaslı tənqidlərinə baxmayaraq, Londonun Ərəbistandakı son edamlara reaksiyası məhdud idi.

İngiltərə baş naziri David Kameron Şeyx Nimrin edam olunmasına toxunaraq yalnız bildirib ki, ölkəsi edam hökmünə qarşıdır və onu hər bir şəraitdə və hər bir ölkədə, o cümlədən Ərəbistanda pisləyir.

Əslində rəsmi London Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasının qarşısının alınması istiqamətində heç bir təsirli addım atmamışdır. Halbuki Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr Röyters İnformasiya Agentliyi ilə müsahibədə son edamlar barəsində sualı cavablandırarkən deyib ki, biz bu iş üçün tənqid olunmalı deyil, təşviq edilməliyik.

Teqlər