Mart 03, 2016 10:14 Asia/Baku
  • əlahəddin Demirtaş
    əlahəddin Demirtaş

Türkiyədə Xalqların Demokratik Partiyasının lideri müharibə ilə müxalifətdə bu ölkənin Diyarbəkir şəhəri əhalisinin mövqeyini dəstəkləyib.

Sputnik xəbər agentliyinin məlumatına görə, Səlahəddin Demirtaş çərşənbə günü bildirib ki, Diyarbəkir şəhərinin əhalisi Türkiyə hökumətinin militarist və repressiya siyasətləri ilə müxalifdir.

Türkiyə Xalqların Demokratik Partiyasının lideri bu ölkə hökuməti siyasətlərinin Diyarbəkir şəhərinin məhvinə yönəldiyini qeyd edərək, rəsmi Ankaranı bu şəhərdə soyqırımı törətməkdə ittiham edib.

Diyarbəkir şəhəri əhalisinin çərşənbəgünkü anti-hökumət aksiyası polisin kobudluğu səbəbindən qarşıdurmaya gətirib çıxarıbdır.

Çərşənbə günü Diyarbəkir vilayətinin Yeni Şəhər məntəqəsində əldəqayırma bombanın partlaması nəticəsində bir nəfər ölüb, dörd uşaq da yaralanıbdır.

Türkiyə ordusu ilə PKK qüvvələri arasında döyüşlər 2015-ci ilin iyulundan iki il yarımlıq bir fasiələdən sonra bərpa olundu.

Teqlər