Mövlud Çavuşoğlu: Təfriqə siyasətlərinə son qoyulmalıdır
Türkiyə xarici işlər naziri İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı sammitində deyib: Terrorizm və ifratçılıq bizim sabitliyimizi hədəfə alıb, təfriqə siyasətlərinə son verilməlidir.
İRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri iclasının açılış mərasimində deyib: Qardaş savaşı böyük faciələrə və məzhəbçilik İslam Ümmətinin parçalanmasına səbəb olur.
M.Çavuşoğlu əlavə edib: İslam ölkələrinin beynəlxalq məsələlərdə təsirli rola malik olması üçün əməkdaşlıq edəcəyik.
Türkiyə xrici işlər naziri İslam Əməkdaşlıq Təşkilatı sammitinin regional və beynəlxalq hadisələr baxımından hazırkı həssas dönəmdə keçirilməsinə də aydınlıq gətirib və deyib: Amma, təəssüflər olsun ki, belə bir həssas dönəmdə İslam Dünyası bir sıra ixtilaflar ilə üz-üzədir.
M.Çavuşoğlu həmçinin ümidvarlıq edib ki, İƏT-in sammiti bu ixtilafların həllinə kömək etmiş olsun.
Türkiyə xarici işlər naziri əlavə edib: Müsəlmanlar Qərb ölkələrində İslamofobiyadan və irqçilikdən əziyyət çəkirlər, ədalətsizliklə üzləşirlər. İslam Dünyası bu vəziyyətə son qoymaq üçün öz daxili ixtilaflarını həll etməlidir.
Mövlud Çavuşoğlu həmçinin deyib: Suriya və bu ölkənin siyasi quruluşunun dəyişdirilməsi məsələsi Cenevrə konfransı çərçivəsində və Suriya xalqının seçimi əsasında öz həllini tapmalıdır.
Türkiyə xarici işlər naziri daha sonra fələstinlilərin dövlətə malik olmaq haqqından məhrum edilmələrinə işarə edərək, bunun heç bir məntiq ilə uzlaşmadığını bildirib və deyib: Bu tarixi ədalətsizlik öz həllini tapmadığı zamana kimi regionda sülh və sabitliyin bərqərar edilməsi mümkün olmayacaq.
İslam Əməkdaşlıq Təşkilatının sammitində bu təşkilatın 2015-ci ilə kimi 10 illik yol xəritəsi təsdiq edilməlidir.
İƏT-in xarici işlər nazirləri iclası bu gün İstanbulda işə başlayıb.