İyun 06, 2016 10:54 Asia/Baku
  • Türkiyədə baş verən ağır yol qəzası nəticəsində 14 nəfər ölüb
    Türkiyədə baş verən ağır yol qəzası nəticəsində 14 nəfər ölüb

Türkiyənin Osmaniyə şəhərində şagird və valideynləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində 14 nəfər ölüb.

Hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

Qəzada 6 məktəbli, 3 qız və 3 oğlan ölüb. Avtobusun sürücüsü daxil olmaqla, daha 7 nəfərin öldüyü də təsdiqlənib. Qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

 

Teqlər