Türkiyənin hərbi helikopteri qəzaya uğradı; 11 ölü
İyul 06, 2016 11:57 Asia/Baku
-
Türkiyənin hərbi helikopteri qəzaya uğradı; 11 ölü
Türkiyənin şimalında hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi həlak olub.
CNN Türk telekanalının məlumatına görə, çərşənbə axşamı günü Türkiyənin yüksək çinli zabitlərini aparan hərbi helikopter Giresun vilayətində qəzaya uğrayıb.
Türkiyə baş naziri Binəli Yıldırım bildirib: Görünür havanın qeyri-münasib şəraiti hərbi helikopterin qəzaya uğramasının səbəbidir.
Xəbər mənbələri Türkiyə ordusunun yüksək çinli zabiti də olmaqla 15 hərbçini aparan hərbi helikopterin Giresun vilayətində qəzaya uğradığını bildiriblər.