Əl-İbadi: Mosul əməliyyatında Türkiyəyə müdaxilə icazəsini verməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240020-Əl_İbadi_mosul_əməliyyatında_türkiyəyə_müdaxilə_icazəsini_verməyəcəyik
İraq baş naziri bildirib: Türkiyə qüvvələrinə Mosulun azad olunması əməliyyatında iştirak icazəsini heç bir vəchlə verməyəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2016 09:31 Asia/Baku
  • Əl-İbadi: Mosul əməliyyatında Türkiyəyə müdaxilə icazəsini verməyəcəyik
    Əl-İbadi: Mosul əməliyyatında Türkiyəyə müdaxilə icazəsini verməyəcəyik

İraq baş naziri bildirib: Türkiyə qüvvələrinə Mosulun azad olunması əməliyyatında iştirak icazəsini heç bir vəchlə verməyəcəyik.

İraq baş naziri Heydər əl-İbadi şənbə günü Mosulun azad olunması əməliyyatında Türkiyə hərbçilərnin iştirakı barəsində Ankaranın mövqeyini rədd edərək deyib: Kimsə Ankaradan bu məsələdə müdaxilə etməsini istəməyib. 

Əl-Aləm telekanalının məlumatına görə, əl-İbadi belə şübhəli müdaxilələrin qəbuledilməz olduğunu və İraq hökumətinin bu işin baş tutmasına icazə verməyəcəyini bildirərək əlavə edib: İraq vətəndaşları öz ərazilərini terrorçulardan azad etmək istəyirlər. 

İraq baş naziri söyləyib: Yalnız iraqlıların özləri Mosulda döyüşürlər və Mosulun azad olunması əməliyyatında heç bir əcnəbi qüvvə iştirak etməyəcək. 

Türkiyə 2015-ci ilin sonlarından yüzlərlə hərbi qüvvəsini qeyri-qanuni şəkildə Mosulun Bəşiqə bazasında kürd peşmərgə qüvvələrinə təlim keçmək və terrorçularla mübarizə bəhanəsi ilə yerləşdirib.