Həşdəş-Şəbi Ümmül-İzam bölgəsinə daxil olaraq onun azad olunması əməliyyatına başladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i243437-həşdəş_Şəbi_Ümmül_İzam_bölgəsinə_daxil_olaraq_onun_azad_olunması_əməliyyatına_başladı
İraq xalq səfərbər qüvvələri Mosulun cənub istiqamətində Ümmül-İzam bölgəsinə daxil olaraq onun azad olunması əməliyyatına başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2016 07:19 Asia/Baku
  • Həşdəş-Şəbi Ümmül-İzam bölgəsinə daxil olub
    Həşdəş-Şəbi Ümmül-İzam bölgəsinə daxil olub

İraq xalq səfərbər qüvvələri Mosulun cənub istiqamətində Ümmül-İzam bölgəsinə daxil olaraq onun azad olunması əməliyyatına başlayıblar.

Əl-Aləm televiziyasının məlumatına görə, Həşdəş-Şəbi, xalq səfərbər qüvvələri bundan öncə strateji və neft bölgəsi olan Eynül-Cəhəşi azad edib və Təl-Əfər şəhərinə yaxınlaşıblar. 

Xalq səfərbər qüvvələrinin komandanlarından biri deyib: Bizim əməliyyatımız Səcmə, Dəhlə və Qeys kəndlərinin azad olunması, sonra isə əl-Müstəntiq və əl-Şeyk kəndlərinin azad olunması üçün başlandı və hazırda əl-Dəlaviyyə kəndinə doğru hərəkət etməkdəyik. 

Xalq səfərbər qüvvələrinin 10-cu diviziyası çoxlu sayda kəndin azad olunması əməliyyatını üzərinə götürüb və 12-ci diviziya da Təl-Əfər şimal cəbhəsində əl-Ciya və əl-Zəizəə kəndlərini azad ediblər. Belə ki, bu diviziyalar Eynül-Cəhəd strateji bölgəsinə yaxınlaşıb və əməliyyatın ilk mərhələsinin sonuna imza atıblar. Bölgədə onlarla öldürülmüş İŞİD-çinin cəsədlərinin kadrları yayımlanıb və ailələr, xalq səfərbər qüvvələrinin bu bölgələrə daxil olmasının müjdəsini verirlər.