Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: İŞİD kimyəvi qazlar istehsal edib
-
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: İŞİD kimyəvi qazlar istehsal edib
Bir beynəlxalq gözətçi orqanı bildirib ki, ehtimal üzrə İŞİD terrorçularının özləri kükürd və xardal qazları istehsal edərək, onlardan Suriyaya və İraqa qarşı hücumlarda istifadə ediblər.
Frans-Press-in məlumatına görə, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının sədri Əhməd Üzümçü dünən deyib ki, bu orqanın laboratoriyalarında sınaqdan keçirilmiş İraq və Suriyada toplanmış nümunələr ondan xəbər verir ki, bu maddələr ehtimal üzrə İŞİD-in özü tərəfindən istehsal olunubdur.
Üzümçü əlavə edib: İŞİD-in hücumlarında işlədilmiş maddələr aşağı keyfiyyətə malikdirlər, amma yenə də zərərli ola bilərlər.
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının sədri bu vəziyyəti olduqca nigaranedici adlandırıb.
Üzümçünün bu sözləri BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi hücumlar barədə təhqiqat qrupunun tapşırıq müddətini daha bir il müddətinə uzatmasından sonra söylənibdir.
Üzümçü əlavə edib: Avqustun əvvəlindən Suriyanın Hələb və İdlib kimi şimal bölgələrində xlor qazı və tanınmamış maddələr barədə bir neçə hücum haqda məlumat yayılıb.
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının sədri sonra deyib: Bu məlumatların sayı 20-dən yuxarıdır və hətta cümə axşamı günü də suriyalı rəsmilər özlərinə qarşı kimyəvi hücumlar barədə yeni məlumatlar təqdim ediblər.
BMT və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının birgə komitəsi başa düşübdür ki, 2015-ci ilin avqustunda həyata keçirilmiş xardal qazı hücumu İŞİD tərəfindən edilibdir.