Noy 21, 2016 13:00 Asia/Baku
  • İŞİD mülkidən canlı qalxan kimi istifadə edir
    İŞİD mülkidən canlı qalxan kimi istifadə edir

Mosulun azad edilməsi əməliyyatı əvvəlindən İŞİD-in ciddi müqaviməti ilə üzləşdi, bu məsələ iraqlı qüvvələrin irəliləyişinə mənfi təsir edib ona görə ki, İŞİD ünsürləri mülkidən canlı qalxan kimi istifadə edirlər.

Mosul əməliyyatının başlanmasından bir ay keçir , iraqlı qüvvələr İŞİD-in ciddi müqaviməti ilə üz-üzədirlər və bu onların şəhərin mərkəzinə doğru irəliləyişinə mane olur. Bəzi təhlilçilərə görə, İŞİD-in mülkidən canlı qalxan kimi istifadə etməsi eləcə də kamikadze əməliyyatları iraqlı qüvvələrin irəliləyişinin sürətini məhdudlaşdıran əsas amillərdir. 

İraq ordusunun komandanlarından olan general Vəlid Hüseyn deyir: İŞİD-çilər İraq hərbçilərinin irəliləyişinə mane olmaq üçün mülkidən istifadə edir biz qadın, uşaq və yaşlılardan ibarət mülkilərin həyatından nigaranıq. 

Birləşmiş Millətlər Təşkilatının son hesabatına görə, Mosulun azad edilməsi əməliyyatına start verildikdən sonra 59 mindən çox Mosul sakini bu şəhərdən və ətraf ərazilərindən qaçıb. 

İraqlı didərgin deyir: Bizdən canlı qalxan kimi istifadə edirdilər, biz iki il müddətinə Mosulda həbs edilmişdik. İŞİD-çilər heç bir ailəyə şəhəri tərk etmək izni vermirdilər, ordu daxil olandan sonra biz qaçdıq. 

İŞİD ünsürlərinin Mosuldakı fəaliyyətləri davam edir, onlar iraqlı qüvvələr və onların müttəfiqlərinə hücumlar həyata keçirirlər, amma buna baxmayaraq qanlı toqquşmalardan sonra İraqın xalq səfərbər qüvvələri Mosulun qərbində Tələfər aeroportuna nəzarəti təmin edə bildilər . Əlbəttə strateji əhəmiiyyətə malik olan Tələfər bölgəsinin azad edilməsi İŞİD başçılarının Suriyaya qaçmalarına mane olur, həm də İraqdakı terrorçulara malların göndərilməsinin qarşısı alınır. 

İraqlı qüvvələrin Mosulun azad edilməsi üçün zaman cədvəli təyin etməməsi  orada kəskin toqquşmaların getdiyini göstərir. 

Teqlər