İsrailin hücumları Qəzzədə 1000 nəfəri əlil edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i249476-İsrailin_hücumları_qəzzədə_1000_nəfəri_əlil_edib
Qəzzə zolağındakı əlil fələstinlilər idman yarışları təşkil edərək, beynəlxalq əlillər gününü qeyd ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2016 09:37 Asia/Baku
  • İsrailin hücumları Qəzzədə 1000 nəfəri əlil edib
    İsrailin hücumları Qəzzədə 1000 nəfəri əlil edib

Qəzzə zolağındakı əlil fələstinlilər idman yarışları təşkil edərək, beynəlxalq əlillər gününü qeyd ediblər.

PressTV-nin verdiyi məlumata görə, fələstinli əlillər BMT-nin Qəzzədəki ofisinə qədər təyin edilmiş məsafədə qaçış təşkil ediblər. Yarışın sonunda fələstinli əlillər BMT-nin Qəzzədəki ofisi önündə bir araya gəliblər. 

Təşkilatçıların dediklərinə görə, Qəzzədəki əlillik halları əsasən İsrailin bu məntəqəyə olan hücumlarının nəticəsidir. 

Qəzzə zolağındakı qeyri-hökumət təşkilatlar şəbəkəsinin sədri Əmcəd Şuva deyir: İsrail hərbçiləri Qəzzə sakinlərini qırğın və əlil etmək üçün istənilən növ silahdan istifadə ediblər. Bunun nəticəsində çoxlu sayda insan həyatını itirib . Çoxlu sayda insan da yaralanıb və əlil olub. 

2014-cü ilin yayında İsrail Qəzzəyə olan hücumlarında 2200 nəfəri öldürdü. Bu hücumlar zamanı 15000 insan da yaralandı və onların bir çoxu həmişəlik olaraq əlil qaldı. Əlillər əsasən əlləri və ya ayaqlarını itirənlərdirlər. 

Əlillərdən biri deyir: İsrail 2014-cü ildə bizim evimizi bombaladı. Biz yuxuda idik. Mən o zaman ayağımı itirdim. Bütün ailə üzvləri yaralanmışdı. 

Başqa bir əlil isə deyir: Bir tank mərmisi evimizə dəydi. Evimiz dağıldı və ayağımı itirdim. 

Hazırda Qəzzədə 40 000 insan əlildir. Statistik məlumatlara görə, bu əlilliklər əsasən İsrailin qadağan edilmiş silahlardan istifadə etməsinin nəticəsidir. 

Bir əlil də deyir: İsrail hərbçiləri daha artıq dağıntılara yol açmaq və daha artıq in san qırmaq üçün qadağan edilmiş silahlardan istifadə edirlər. Dostlarım həlak oldu və mənim əlim və ayağım əlil oldu.