UNICEF yəmənli uşaqlarda səmərəsiz qidalanma barədə xəbərdarlıq edib
-
UNICEF yəmənli uşaqlarda səmərəsiz qidalanma barədə xəbərdarlıq edib
BMT Uşaq Fondu(UNICEF) xəbərdarlıq edib: 2 milyon 200 min yəmənli uşaq səmərəsiz qidalanmadan əziyyət çəkir və təcili tibbi yardımlara ehtiyaclıdır.
İRNA-nın verdiyi məlumata görə, UNICEF-in hesabatına əsasən əz azından 462 yəmənli uşaq kəskin səmərəsiz qidalanmadan(SAM) əziyyət çəkir və bu rəqəm son iki il ərzində bu problemdə 200 faiz artımın baş verdiyini göstərir. Həmçinin 1 milyon 700 min yəmənli uşaq da nisbi səmərəsiz qidalanmanın fəsadları ilə üz-üzədir.
UNICEF-in hesabatına görə səmərəsiz qidalanma hallarının ən kəskin nümunələri Hədidə, Sədə, Təəz və Ləhəc vilayətlərində müşahidə olunur.
Həmçinin Yəmənin səhiyyə və müalicə infrasturukturlarının Səudiyyə Ərəbistanı tərəfindən bombalanması nəticəsində içməli su probleminin yaşanması və səhiyyə imkanlarının mövcud olmaması eləcə də Səudiyyə rejiminin Yəmən xalqına humanitar yardımlara mane olması üzündən yəmənlilərin yoluxucu xəstəliklər o cümlədən də vərəmə yoluxmaları ehtimalı böyüyüb.