İraq könüllü xalq qüvvələri: Dünya adına terrorizm ilə savaşırıq
İraq könüllü xalq qüvvələri (Həşdüşşəbi) sözçüsü bu qüvvələrin dünya adına terrorizm əleyhinə mübarizə apardığını və Avropanı terror aktları ilə hədələyən terrorçular ilə savaşdığını deyib.
Əhməd Əsədi bir mətbuat konfransında Beynəlxalq Amnistiya Təşkilatının Həşdüşşəbinin müharibə cinayətlərinə yol verdiyini iddia edən hesabatına reaksiya olaraq deyib: Bu təşkilatın Mosul əməliyyatı ilə bağlı hesabatı yalanlar yığınıdır və Həşdüşşəbi İraqın Xarici İşlər Nazirliyindən İngiltərənin bəzi təşkilatlarına qarşı məhkəmə işi qaldırmasını istəyir.
Əsədi sonra deyib: Həşdüşşəbi terrorizm ilə savaşda dünya adına mübarizə aparır və bu yolda indiyə kimi minlərlə şəhid verib. Və Həşdüşşəbi Avropanı terror hücumları ilə hədələyən İŞİD ilə mübarizədə çox önəmli uğurlar əldə edib.