Yan 13, 2017 11:34 Asia/Baku
  • Dəməşqdə partlayışda 8 nəfər həlak olub
    Dəməşqdə partlayışda 8 nəfər həlak olub

Dünən günortadan sonra Dəməşqdə terror partlayışında 8 nəfər həlak olub.

İRNA Dəməşqdə təhlükəsizlik və xəstəxana mənbələrinə istinadən bildirir ki, dünən günortadan sonra Suriya paytaxtının yaxınlığında əl-Hümriyyə ərazisinin yaxınlığında terrorçu partlayış baş verib nəticədə 8 mülki həlak olub, 14 nəfər də yaralanıb. Xəsarət alan və ölənlərin çoxu sivillərdir.

Suriya rəsmilərinin dediklərinə görə, Hələb istiqamətində terrorçuların məğlubiyyətə uğramalarının ardınca terrorçular şəhərlərdə terror aktları törətməyə üz tutublar. 

Əl-Məyadin telekanalı isə bildirib ki, Ən-Nüsrə Cəbhəsi terrorçularının başçılarından olan Əbu Əli Əttunisi bu gün Suriyanın İdlib şəhərinin ətrafında hava hücumlarında ölüb. 

Teqlər