Yan 19, 2017 12:16 Asia/Baku
  • Bəhreynlilər 3 şəhidin ailəsi ilə həmrəyliklərini bildiriblər
    Bəhreynlilər 3 şəhidin ailəsi ilə həmrəyliklərini bildiriblər

Ali-Xəlifə rejiminin repressiv tədbirlərinə rəğmən bəhreynlilər paytaxt Manamanın qərbində Əssənabes hüseyniyyəsinə toplaşaraq rejim tərəfindən edam edilmiş üç bəhreynli inqilabçının ailələri ilə həmrəyliklərini nümayiş etdirib və inqilabın qələbəyədək davam edəcəyini vurğulayıblar.

Əl-Minar televiziyasının verdiyi məlumata görə, Bəhreyn vətəndaşları müxtəlif bölgələrdən Əssənabes Hüseyniyyəsinə gələrək üç şəhidin ailsəinə başsağlığı veriblər. Əllamə Seyid Abdullah Əl-Qurəyfi də mərasimdə iştirak edib. Yas mərasiminə çoxlu sayda vətəndaş gəlib və küçədə hüseyniyyə girmək üçün uzun sıralar yaranıb. Mərasim iştirakçıları Ali-Xəlifə rejiminin ərazidəki təhlükəsizlik tədbirlərini heçə sayıblar. 

Bəhreynli fəal İbrahim Əddəmistani 3 inqilabçı gəncin edam edilməsinə toxunaraq deyib: Bu, rejim tərəfindən xalqa verilən mesajdır, demək istəyir ki, hər hansı tələbi olan vətəndaşı, dinc yolla tələbini irəli sursə belə darmadağın edəcək. 

Bəhreynli fəal Həsən Mərzuq deyib: Bu həbslər, hücumlar və edamların heç bir faydası olmayacaq, bunlar Bəhreyn xalqının mübarək inqilabının ömrünü, siyasi böhranı və qiyamları artıracaq. 

Əl-Vəd cəmiyyətinin keçmiş baş katibi Rəzi-əl-Musəvi yas mərasimində iştirak edərək deyib: Bu cinayətə görə bütün Bəhreyn yasdadır, ölkədə həqiqi islahatın əsas şərti təhlükəsizlik siyasətinin dayandırılmasıdır. 

Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirliyi binasında da aksiya keçirilib, aksiya iştirakçıları BƏƏ-nin Bəhreynin daxili işlərinə müdaxilələrini pisləyib və İngiltərə dövlətinin  Bəhreyn və Fars körfəzinin digər ərəb ölkələrinin iqtidarlarına dəstək verdiyinə görə,  bu ölkələrin xalqlarının hüquqlarının pozulmasında məsuliyyət daşıdığını bildiriblər. 

Teqlər