Yan 20, 2017 13:00 Asia/Baku
  • Bəhreyndə dörd siyasi fəal üçün ömürlük həbs hökmü çıxarılıb
    Bəhreyndə dörd siyasi fəal üçün ömürlük həbs hökmü çıxarılıb

Ali-Xəlifə rejiminin məhkəməsi bu ölkənin dörd siyasi fəalını ömürlük həbs cəzasına məhkum edib.

Əlaləm telekanalının məlumatına görə, Bəhreyn Cinayət Məhkəməsi həmçinin dünən digər səkkiz bəhreynli fəalı üç ildən altı ilədək həbsə məhkum edib.

Human Rights Watch təşkilatı Bəhreyn prokurorluğunu zalım və hər cür əməl müstəqilliyindən uzaq bir prokurorluq adlandırıb.

Bəhreyn məhkəmələri bəhreynli dinc aksiyaçılar və siyasi fəallar üçün uzunmüddətli həbslər və hökmlər çıxararaq, qəddar Ali-Xəlifə rejiminə kömək sahəsində əsas rol oynayırlar.

Ali-Xəlifə rejimi bazar günü səhər tezdən üç bəhreynli müxalif və məhbus Sami Məşimə, Əli Sənkis və Abbas Səmiini güllələyərək, edam etdi.

Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazları səhnəsidir.

Bəhreyn xalqı öz ölkəsində siyasi islahatlar, söz azadlığı, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir, amma Ali-Xəlifə rejimi daim repressiya ilə onların etirazlarını cavablandırır.

Teqlər