Ali-Xəlifənin cinayətləri qarşısında qərbin sükutu
-
Ali-Xəlifənin cinayətləri qarşısında qərbin sükutu
Bəhreyndən əldə olunan məlumata görə, Əd-Duraz bölgəsinin sakinləri ictimai səfəbərlik elan edərək Şeyx İsa Qasimə qarşı istənilən hərəkət haqda Ali-Xəlifə rejiminə xəbərdarlıq ediblər. Ali-Xəlifə rejimi Şeyx İsa Qasimin hökmünü sabah elan edəcəyini bildirib. Beynəlxalq dairələrin sükutu sayəsində Ali-Xəlifə muzdlularının cinayətləri hər gün yeni cəhətləri özündə ehtiva edir.
Hollivud aktrisasından oğurluq fransız radio, televiziya və qəzetlərinin bir həftə əsas xəbərinə çevrilirsə, bu ölkə vətəndaşlarından Bəhreyn və onu diktatorunu tanımağı gözləmək olmaz.
Bu günlər Ali-Xəlifənin Bəhreynin günahsız vətəndaşlarını qırğın etmək və yaralamağa dair cinayətlərindən tutmuş qadınların və bəzi hallarda onların cəsədlərinin zorlanmasına qədər, hətta dini məkanlar və məscidlərin dağıdılması, bütün bunların hamısı zahirdə insan haqlarının hamisi olan qərb medialarının sırf sükutu sayəsində baş verir.
Universitet müəllimi Əbu Adnan deyib: Ali-Xəlifənin rəhmsiz qırğınları dünya müsəlmanları cəmiyyəti və Avropada azadlıqsevər insanlar tərəfindən heç bir vəchlə cavabsız qalmayacaqdır. Xüsusilə də biz Fransada bu cinayətləri tam şəkildə pisləyirik.
Ali-Xəlifə rejimi 2011-ci ildən indiyə qədər insan haqlarını hərtərəfli şəkildə pozmaqla yanaşı, mühakimədən öncə uzunmüddətli həbslər və ağır işgəncələrlə heç bir insan haqları fəalının bu ölkəyə gəlməsinə icazə verməmişdir.
BMT-nin işgəncə məsələləri üzrə məruzəçisi Xuan Mondiz bildirib ki, ikinci dəfədir ki, Bəhreyn rəsmiləri bu ölkəyə səfərimi ləğv edirlər.
Qərblilər utanmadan və pulpərəstliyə görə, Ali-Xəlifəni dəstəkləməklə məşğuldurlar.
Universitet müəllimi Əbu Adnan deyib: Bəhreyn başçıları bu günlər alçaq cinayətlər törətməkdədirlər. Dünyanın bütün müsəlmanları onların qarşısında durmalıdır.
Hər halda insan haqları və demokratiya, eləcə də Bəhreyndə baş verənlər qarşısında qərb rəsmilərinin ikili davranışı heç bir məntiqlə əsaslandırıla bilməz.
Ali-Xəlifənin Bəhreyndəki cinayətləri qarşısında Fransa rəsmiləri və medialarının sükutunun kənarında təəssüfləndirici hal budur ki, heç bir əhəmiyyəti olmayan məsələlər, misal üçün Parisdə bir Hollivud aktrisasından oğurluq edilməsi haqqında saatlarla və günlərlə söhbət edirlər.