5 ildən sonra Hələbdə ilk futbol derbisi
-
5 ildən sonra Hələbdə ilk futbol derbisi
Terrorçuların Hələb şəhərindən çıxmaları və asayişin bu şəhərə qayıtmasından sonra şəhərin Əlittihad və Əlhuriyyə futbol klubları 5 ildən sonra Hələbdə ilk futbol derbisini keçiriblər.
Press TV-nin məlumatına görə, Suriyanın ən böyük şəhəri olan Hələbdə gündəlik həyat, o sıradan hər cür idman fəaliyyəti bu şəhərin terrorçular tərəfindən işğalı zamanı mümkünsüz idi.
Hələbin Suriyanın ordu qüvvələrilə terror qrupları arasında hərtərəfli döyüş səhnəsi olmuş 2016-cı ilin 22 dekabrında azad edilməsindən sonra bu şəhərdə gündəlik həyat bərpa olunubdur.
Suriya beş il bundan öncədən Qərb və bəzi region ölkələri tərəfindən dəstək alan İŞİD və Cibhətunnusrə kimi terror qruplarının iştirakı ilə böhranla üzləşibdir.
Məlumatlara görə, Suriyada böhran indiyədək 470 mindən çox insanın həyatına son qoyub və milyonlarla nəfəri didərgin edibdir.