Bir neçə avtobus silahlı qrupların ünsürlərini Vadi Bərədadan çıxarıb
Yan 30, 2017 12:27 Asia/Baku
-
Bir neçə avtobus silahlı qrupların ünsürlərini Vadi Bərədadan çıxarıb
Bir neçə avtobus indiyədək silahlı qrupların ünsürləri və ailələrindən onlarla nəfəri Vadi Bərəda məntəqəsindən çıxarıb.
İndiyədək silahlı şəxslər və onların ailələrindən təqribən 160 nəfər avtobuslarla Rif Dəməşqdə yerləşən Vadi Bərəda məntəqəsindən çıxarılıb. Bu avtobuslar öz sərnişinlərini İdlibə çatdırmalıdırlar. Suriya daxili barışıq komitəsindəki mənbələr də xəbər veriblər ki, 1700-2000 silahlı şəxs tədricən bu məntəqədən çıxacaqdır. Onlar deyiblər ki, Suriya ordusunun Vadi Bərədanın bir çox məntəqəsini ələ keçirməsindən sonra silahlı qrupların ünsürlərindən üç min nəfər təslim olubdur.