İraqlı qüvvələrin Səlahəddin vilayətindəki irəliləyişləri davam edir
İraqın Əlnəcba islami müqavimət hərəkatı dünən bir bəyanatda bildirib ki, Səlahəddin vilayətində yerləşən Əlsiniyyə adasının azad edilməsi əməliyyatının ikinci mərhələsi uğurla başa çatıb.
IRNA-nın məlumatına görə, İraqın "Əlhəşd Əşşəəbi" xalq qüvvələrinin tabeliyində olan qruplardan olan Əlnəcba hərəkatı belə qeyd edib: Bu əməliyyatda bir qrup İŞİD ünsürü məhv edilib və bu terrorçu qrupun müəyyən miqdarda silah və sursatı qənimət götürülübdür.
İraqın "Əlhəşd Əşşəəbi" xalq qüvvələri həmçinin dünən səhər başladıqları Səlahəddin adası, Mosul və Neynəva səhrasının cənub-qərbi arasındakı əlaqə yollarının təhlükəsizliyinin təmini əməliyyatının ikinci mərhələsini uğurla başa vurublar.
Bu əməliyyatın hədəflərinin reallaşması ilə İŞİD-in Neynəva səhrası, Məkhul və Əlhuvəycə arasındakı əlaqə yolları kəsilib və Əlhuvəycə şəhərinin azad edilməsinə zəmin yaranıbdır.
İraqın "Əlhəşd Əşşəəbi" xalq qüvvələri cümə günü bir bəyanatda əlavə edib: Bu əməliyyatda on kənd, eləcə də Əlşərəkə, Umm Qurbə, Bəstan Rədif, Təl Əbu Rəsən, Bəstan Şərif, Əbu Davud, Bəyt Salim, Sair Əlməəyuf, Əbd Nizal və Bəyt Nəvaf məntəqələri azad edilib.
İraqın xalq qüvvələri habelə İŞİD-in Səlahəddin adasında öz mərkəzi qərargahı kimi istifadə etdiyi bu adadakı neft təsisatlarını azad ediblər.
İŞİD terror qrupu 2014-cü ildə Amerikanın və bu ölkənin Ərəbistan kimi ərəb və qərbli müttəfiqlərinin maliyyə və hərbi dəstəklərilə İraqa basqın edərək, bu ölkənin şimal və qərb məntəqələrinin böyük bir hissəsini işğal etdi.
O zamandan bəri iraqlı qüvvələr işğal olunmuş məntəqələrin bir çoxunu azad ediblər.