Fev 06, 2017 16:54 Asia/Baku
  • İŞİD Mosulun qərbində nakam qaldı
    İŞİD Mosulun qərbində nakam qaldı

İraqın könüllü xalq qüvvələri Mosulun qərbinə nüfuz etməyə çalışan İŞİD terrorçularının cəhdini uğursuz qoyublar.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İraqın könüllü xalq qüvvələri "Həşdüşşəbi" İŞİD terrorçularının Mosulun qərbində 3 məntəqəyə nüfuz cəhdini önləməyə nail olub. 

Bu əməliyyat zamanı onlarla terrorçu öldürülərək, zərərsizləşdirilib. 

Başqa bir məlumata görə, iraqlı qüvvələr İŞİD-in dəstə başçılarından olan Əbu Həzifəni Səncar şəhərində öldürməyi bacarıblar. 

İraqlı qüvvələr son zamanlar Mosulun şərq hissəsini İŞİD-in işğalından tam şəkildə azad ediblər və hazırda şəhərin qərb hissəsinin azad edilməsinə hazırlıq işləri yekunlaşdırılmaq üzrədir. 

Bu arada terrorçular Suriyada şiə sakinli Fuə və Kəfərya şəhərlərinin ətraf məntəqələrini hədəfə alıblar. 

Son məlumatlara görə, terrorçular Bəniş və Səvağiyə məntəqələrindəki mövqelərindən bu 2 şiə sakinli şəhərin ətraf məntəqələrini atəşə tutublar. 

Fuə və Kəfərya şəhərləri 3 il öncədən terrorçuların mühasirəsindədir və davamlı olaraq hücumlara məruz qalır. 

Mosulun azad edilməsi əməliyyatına 2016-cı il 17 oktyabr tarixində baş nazir Heydər Əl-İbadinin göstərişi ilə start verilib. 

Teqlər