Fev 25, 2017 13:51 Asia/Baku
  • Ali-Xəlifə hərbçiləri ilə aksiyaçılar arasında toqquşma

Ali-Xəlifə rejimi tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə rəğmən, bu rejimin cinayətləri və repressiyalarına qarşı etiraz və aksiyalar Bəhreynin müxtəlif məntəqələrində davam edir.

Livanın Əlminar telekanalının məlumatına görə, Manamnın cənubundakı Əlnəvidrat məntəqəsi dünən gecə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrilə bir neçə gün bundan öncə şəhid edilmiş 21 yaşlı bəhreynli şəhid Abdullah Ələcuzun anılması üzrə aksiyanın iştirakçıları arasında toqquşma səhnəsi olubdur.

Bu aksiyada etirazçılar Bəhreynin padşahı Həmd Ali-Xəlifəyə qarşı şüarlar səsləndiriblər.

Dünən gecə Bəhreynin digər məntəqələrində də bu cür yürüşlər keçirilibdir.

Bu aksiyaların iştirakçılarının əllərində şəhid Abdullah Əcuzun və son zamanlar Ali-Xəlifə qüvvələri tərəfindən şəhid edilmiş digər altı gəncin şəkilləri olub.

Bəhreynlilər bu il elə bir halda öz inqilablarının altıncı ilini qarşılayıblar ki, bu ölkənin durumu yeddi gəncin edam olunmasına görə, son dərəcə qarışıqdır.

Bəhreyn Daxili İşlər Nazirliyi həmçinin çoxlu sayda bəhreynli qadın və gəncin həbs olunmasından və onların saxta məhkəmə işlərinin düzəldilməsindən xəbər veribdir.

Teqlər