Ərəb Liqasının bəyanatı; əsassız iddiaların təkrarı
Ərəb Liqasının 28-ci sammit iclası dünən İordaniyada yekun bəyanat oxunaraq sona çatdı.
İRNA-nın verdiyi məlumata görə, birliyin baş katibi Əhməd Əbu-Qeyz təfərindən oxunan bəyanatda Suriya böhranı üçün siyasi həll yoluna təkid edilib.
Ərəb başçıların Suriya böhranının siyasi həllinə etirafı elə bir şəraitdədir ki, Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və Qatarın dəstək verdikləri terrorçu qrupların bu ölkəyə geniş hücumu ilə başladı, onların məqsədi Suriyanın qanuni hökumətini devirməkdən ibarət idi.
Bəyanatda həmçinin Fələstin xalqının tələb və istəyi nəzərə alınmadan Fələstin muxtariyyəti ilə israil arasında barışıq müzakirələrinin iki dövlət prinsipi əsasında davam etməsi vurğulanıb.
Ərəb Liqasının sammit iclasının yekun bəyanatında bir daha İranın 3 adasına (Böyük Tonb, Kiçik Tonb və Əbu-Musa) BƏƏ-nin hakimiyyət haqqı iddiası səsləndirilib.
BƏƏ-nin İran adalarına malikiyyət iddiası elə bir şəraitdə səslənir ki, BMT-nin sənədlərinə əsasən sözü gedən üç ada İran İslam Respublikası ərazisinin ayrılmaz hissəsidir.