İsrail rejimi 124 fələstinli şəhidin cənazəsini özündə saxladığını etiraf edib
İsrail rejimi etiraf edib ki, 124 fələstinli şəhidin cənazəsini hələ də ailələrinə təhvil verməyib.
İRİB-nin verdiyi məlumata görə, Fələstinli Şəhidlərin Qaytarılması Milli Komitəsi bildirib ki, İsrailin Ali Məhkəməsi İsrailin əlində 124 fələstinli şəhidin cənazəsinin olduğunu etiraf edərək, bu şəhidlərin kimliyinin müəyyən edilmədini bildirib.
Fələstinli Şəhidlərin Qaytarılması Milli Komitəsi bir neçə il davam edən səylərin sonunda İsrailin ixtiyarında olan 140 şəhidin ailələrinə təhvil verilməsi məsələsini İsrailin Ali Məhkəməsində gündəmə çıxartmağa nail olub.
Hüquq müəssisələri bildirirlər ki, İsrail rejiminin bu şəhidlərin cənazələrini ailələrinə təhvil verməkdən imtina etməkdə məqsədi onlardan təzyiq vasitəsi kimi istifadə etmək, şəhidlərin məşhurlaşmasını önləmək və onların bədən üzvlərini oğurlamaqdan ibarətdir.