Qərb sahilində bir qrup fələstinli həbs olunub
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif məntəqələrində on yeddi fələstinlini həbs ediblər.
Əlaləm telekanalının məlumatına görə, sionist hərbçilər işğal olunmuş ərazilərdəki repressiv hərəkətlərinin davamında bu gün Fələstin İslam Cihadı Hərəkatının baş üzvü Şeyx Bəsam Əbu-Əkri həbs ediblər.
Fələstin İslam Cihadı Hərəkatının digər bir baş üzvü də sionistlərin İordan çayının qərb sahilində yerləşən Əlxəlil şəhərinə qarşı basqını zamanı həbs olunub.
Sionistlər özlərinin ekspansianist hədəflərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif məntəqələrinə hücum edirlər.
2015-ci ilin oktyabrından, yəni Qüds İntifazəsinin başlanmasından etibarən genişlənmiş bu hücumlarda 340-dan çox fələstinli şəhid olub, eləcə də çoxlu sayda fələstinli yaralanıb və ya həbs olunubdur.