Sen 05, 2017 09:36 Asia/Baku
  • Kərkük ərəbləri kürdlər əleyhinə BMT-yə şikayət edir
    Kərkük ərəbləri kürdlər əleyhinə BMT-yə şikayət edir

Kərkük vilayətinin İraq Parlamentindəki nümayəndələri Kərkük vilayət şurasının bu məntəqənin İraq Kürdüstanına birləşdirilməsi və İraq Kürdüstanının İraqdan ayrılması üzrə keçiriləcək referendumda iştirak qərarı barədə BMT-yə şikayət ərizəsi təqdim edirlər.

Kərkük vilayətinin İraq parlamentindəki nümayəndəsi Xalid Əl-Müfərrəci bazar ertəsi günü Əl-Məlumə xəbər agentliyinə verdiyi müsahibədə Kərkük valisi Nəcməddin Kərimin Kürdüstan məntəqəsinin İraqdan ayrılması üzrə referendumda iştirakla bağlı birtərəfli qərarından sonra Kərkük vilayətinin durumunu çox təhlükəli adlandırıb və deyib: Kərkük vilayətinin İraq parlamentindəki ərəb nümayəndələri Kərkük vilayətinin Ərəb və Türkmən sakinlərinin taleyi ilə bağlı birtərəfli qərarın qəbul edilməsini önləmək üçün BMT-nin Bağdaddakı ofisinə şikayət ərazisi təqdim edəcəklər. 

Əl-Müfərrəci Kərkük valisinin dövlət binalarının üzərindən Kürd bayrağının götürülməsi ilə bağlı məhkəmə qərarına laqeyd yanaşmasına və Kərkük vilayətinin Kürdüstan məntəqəsinə birləşdirilməsi ilə bağlı birtərəfli qərarına işarə edərək, bu xüsusda ciddi addımların atılmasını istəyib. 

İraq prezidenti Üsamə Nəcifi də Kərkük vilayət şurasının Ərəb və Türkmənlərin iştirakı olmadan Kərkük vilayətinin Kürdüstana birləşdirilməsi və Kürdüstanın İraqdan ayrılması referendumunda iştirak qərarını İraq konstitusiyasına zidd adlandırıb və İraqın İŞİD terrorizmi ilə mübarizə apardığı bir zamanda bəzi tərəflərin bu məsələdə israrlı olmasından təəccüb ifadə edib. 

Kərkük İraqın mərkəzi hökuməti ilə İraq Kürdüstanı yerli hakimiyyəti arasındakı ən mühüm ixtilaflı məsələlərdən sayılır. 

Kürdüstan məntəqəsinin 25 sentyabr tarixində İraqdan ayrılmaq üzrə referendumun keçirilməsinə təkid etməsi İraq hökuməti, müxtəlif iraqlı qüvvələr habelə, region və dünya ölkələrinin etirazları ilə qarşılanıb. 

Teqlər