Səudiyyəlilərin Təizə hücumunda sivillər həlak olub
Təiz vilayətinin əl-Bərəh bölgəsində səudiyyəli qırıcıların bir yük maşınına hücumu nəticəsində beş Yəmən vətəndaşı şəhid olub. Həmçinin səudiyyəlilərin Sədə vilayətində Kətaf bölgəsində bir avtomobilə hücumunda bir Yəmən vətəndaşı övladı ilə birlikdə şəhid olub.
Bir Yəmən vətəndaşı deyib: Səudiyyəlilərin böyük cinayətini nəzərə alaraq, BMT-nin bizim üçün həll yolunu tapacağını gözləməməliyik. BMT Yəməndə qanun pozuntuları və müharibə cinayətlərinə tamaşa edir. Xüsusilə də hazırda bu təşkilatın mövqeyini neft dollarları müəyyənləşdirir.
Müharibə meydanında Ərəbistan Cizan vilayətində üç hərbçisinin Yəmən ordusu və xalq qüvvələrinin irimiqyaslı hücumları nəticəsində öldürüldüyünü bildirib. Yəmən qüvvələri həmçinin ağır artilleriya və raketlə Əsir və Nəcran vilayətlərində Ərəbistan ordusu hərbçilərinin toplaşdığı məkanı atəşə tutublar. Midi səhrasının şimalında səudiyyəlilərin bir silah anbarı Zilzal-1 raketinin hədəfinə tuş gəlib və məhv olub.
Başqa bir Yəmən vətəndaşı deyib: Bizim səudiyyəlilərə mesajımız budur ki, Yəmən ordusu və xalq qüvvələri döyüş meydanlarında müqaviməti davam etdirəcəklər və onlardan qorxmurlar.
Siyasət meydanında Ənsarullahın baş katibinin Ərəb Əmirliklərinə raket hücumu ilə bağlı bu ölkənin xarici işlər üzrə müşavir naziri Ənvər Qərqaşın gülünc açıqlamasına reaksiyada, Ənsarullahın sözçüsü deyib: Əmirliklərin axmaqlığı cavabsız qalmayacaq və artıq amerikalılar və sionistlərin dəstəyinin onlara faydası olmayacaq.
Yəmənin Birləşmiş Ərəb Əmirliklərinin şəhərləri və önəmli obyektlərini ballistik raketlə hədələməsi müharibənin yeni mərhələsinin başlanmasıdır. Şübhəsiz Ərəbistanın müttəfiqi olan ölkələrin hesablamalarını dəyişdirəcək və müharibənin gələcəyinə təsir göstərəcəkdir.