Sen 20, 2017 16:32 Asia/Baku
  • İraq prezidenti Barzaninin görüşünə getdi
    İraq prezidenti Barzaninin görüşünə getdi

İraq prezidenti İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzani ilə görüşüb, danışıqlar aparmaq üçün bu gün Süleymaniyə şəhərinə daxil olub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraq prezidenti Fuad Məsum bir neçə gün öncə bir Bağdad və Ərbil başçılarının İraq Kürdüstanı ilə bağlı həll yolunun tapılması üçün müzakirələrə dəvət etmişdi. 

İraq Kürdüstanı Parlamenti cümə günü təşkil etdiyi iclasda bu məntəqənin İraqdan ayrılması üçün referendum təyin edildiyi tarixdə keçirilməsini istəmişdi. İraqın Ali Məhkəməsi isə referendumun durdurulması barədə qərar çıxardıb. 

İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin müstəqillik referendumu ilə bağlı təbliğatların aparılması üçün Süleymaniyəyə olan səfəri ilə bir vaxtda, Süleymaniyə sakinləri Barzaninin siyasətlərinə etiraz olaraq aksiya keçiriblər. 

Teqlər