Yəmən ordusu və xalq qüvvələri təcavüzkar Səudiyə-Amerikan qüvvələrinə hücum ediblər
-
Yəmən ordusu və xalq qüvvələri təcavüzkar Səudiyə-Amerikan qüvvələrinə hücum ediblər
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cənubunda Nəcran və Əsir məntəqələrində təcavüzkar Səudiyə-Amerikan qüvvələrin mövqelərini ağır artilleriya və raket ilə hədəfə alıblar.
İRİB-nin verdiyi məlumata görə, Yəmənin hərbi mənbələri bildirirlər ki, ordu və xalq qüvvələrinin raket və artilleriya qüvvələri bazar ertəsi günü Səudiyə Ərəbistanının hücumlarına cavab olaraq Nəcran və Əsir vilayətlərində yerləşən Akifə, Rəqabətül-Səbəə və Rəqabətül Həmad hərbi bazalarını hədəfə alıblar.
Yəmənli qüvvələr başqa bir əməliyyatda Ələb keçid məntəqəsində Səudiyə Ərəbistanı ordusu və muzdlu qüvvələrin mövqelərini hədəfə alıblar.
Həmçinin, Rəbuə şəhərinə doğru irəliləməyə çalışan Ərəbistan qüvvələri, hava qüvvələrinin dəstəyinə malik olmalarına baxmayaraq, yəmənli qüvvələr tərəfindən geri oturdulublar.